Məşhur müğənni iki saata 255 min qazandı
Maraqlı
08:56 10 sen, 2022
![Məşhur müğənni iki saata 255 min qazandı](https://qazet.az/resized/fit900x500/center/pages/102771/1662755086248349-429wwer1oi.jpg)
Türkiyəli müğənni Kənan Doğulunun Zəfər Bayramının 100 illiyi münasibətilə Beşiktaş Bələdiyyəsinin təşkil etdiyi konsert üçün aldığı məvacib ortaya çıxıb.
"Qazet.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi 2 saatlıq ifasına görə 150 min dollar (təxminən 255 min manat) qazanıb.
Həmkarı Tarkan isə İzmirin Qurtuluşunun 100 illiyinə həsr olunan konsertdə ifa etmək üçün məvacib tələb etməyib.