Məşhur müğənninin konsertində gözündə problem yarandı - FOTO/VİDEO
Maraqlı
10:00 26 okt, 2022

ABŞ-dan olan müğənni Keti Perri konsert zamanı göz tikinə görə pis vəziyyətə düşüb.
Qazet.az xəbər verir ki, 38 yaşlı məşhurun gözünün biri qeyri-ixtiyari bağlanır. O, əli ilə bunun qarşısını almaq istəsə də, cəhdləri uğursuz olur. Keti Perri məcburən səhnəni tərk edir.
Pərəstişkarlarından bəziləri müğənninin xəstəliklə mübarizə apardığını, digərləri isə onun həddindən artıq inyeksiya vurdurduğu üçün bu hala düşdüyünü deyib.
“Niyə hamı gülür? Bu, əsəbdəndir”, “Bəlkə bunlar peyvəndin nəticəsidir?”, “Yazıq Keti”, “Bəlkə kosmetoloqa getməyi dayandırmağın vaxtıdır?” - deyə istifadəçilər öz fikirlərini bölüşüb.
Perr isə hələ ki məsələ ilə bağlı açıqlama verməyib.