Məşhur müğənni koronavirusa YOLUXUB, vəziyyəti PİSDİ
Maraqlı
13:00 04 avq, 2022
Ağır xəstə olduğu öyrənilən ustad sənətçinin həkimi İstanbuldan Bodruma gedib.
Türkiyəli məşhur müğənni Ajda Pekkan koronovirusa yoluxub.
Qazet.az xarici KİV-ə istinadən xəbər verir ki, konsertləri təxirə salınan və ağır xəstə olduğu öyrənilən Pekkanın həkimi İstanbuldan Bodruma gedib.
Bodrumda səhnəyə çıxan və iki saat mahnı oxuyan Pekkan xəstəliyi nəticəsində koronovirus testindən keçib. Nəticəsi müsbət olan 76 yaşlı Pekkan karantinə alınıb.
Evində karantində olan 76 yaşlı müğənninin bütün konsertləri təxirə salınıb. Ağır xəstə olduğu öyrənilən ustad sənətçinin həkimi İstanbuldan Bodruma gedib.