Bakı -9˚C Dreary

Məşhur müğənni qəzaya düşdü, sevgilisi öldü - Video

Maraqlı 12:01 14 dek, 2021

Bir dövrə damğasını vuran “Hepsi” qrupunun üzvlərindən olan müğənni Gülçin Ergül Balıkəsirdə yol qəzası keçirib

Məşhur müğənni qəzaya düşdü, sevgilisi öldü - Video

Tanınmış türkiyəli müğənni Gülçin Ergülün olduğu maşın ağır qəzaya uğrayıb.

Qazet.az  Haberturk istinadən xəbər verir ki, o, Balıkesirdə iş adamı olan sevgilisi Erdal Şeyda Lafçının sürdüyü maşında qəzaya düşüb.

Bildirilib ki, müğənni və iş adamının olduğu maşın İzmir-İstanbul avtomagistralında TIR-a çırpılıb.

İş adamı hadisə yerində həyatını itirib. Müğənni isə yaralanıb.

Gülçin Ergül Balıkesir Atatürk Şəhər Xəstəxanasına yerləşdirilib.