Məşhur müğənninin çantası oğurlandı: Kömək istəyir - VİDEO
Maraqlı
16:40 13 iyl, 2022
Günsu İnce bu barədə sosial media hesabında paylaşım edib

Türkiyəli məşhur müğənni Günsu İncenin çantası oğurlanıb.
Qazet.az xəbər verir ki, bir vaxtlar məşhur olan müğənni Günsu İnce bu barədə sosial media hesabında paylaşım edib.
O, sosial şəbəkədə “Çantamı oğurladılar, mənim üçün qiymətli idi. İçərisində bütün səhnə repertuarım olan fləş disklərim var idi. Mən ən çox ona görə üzülürəm. Xahiş edirəm bu oğru qadınları tapın, dostlar!”- sözlərini yazıb.
Videoda iki qadının bir müddət söhbət etdiyi və daha sonra gedərkən İncənin kreslosundan asılmış çantanı götürərək kameradan uzaqlaşdığı görünür.
