Məşhur musiqiçi dünyasını dəyişdi - FOTO
Gündəm
14:00 03 yan, 2023
"Qremmi" mükafatı sahibi "Earth, Wind & Fire" qrupunun zərb alətləri ifaçısı Fred Vay 67 yaşında dünyasını dəyişib.
Qazet.az xəbər verir ki, bu barədə onun qardaşları Moris və Verdin Vayt məlumat verib.
Qrupun vokalisti, başçısı və zərb alətləri ifaçısı Verdin Vayt "İnstagram" səhifəsində qardaşı Freddi Vaytın ölümünü ağlayaraq qeyd edib. Lakin ölüm səbəbini açıqlamayıb.
Tam adı Frederik Ocin Vayt olan rəssam 1955-ci ildə Çikaqoda anadan olub. O, qardaşları Verdin və Mauris ilə musiqiçi ailəsində doğulub.
Üç qardaşın qurduğu qrup bir dövrə damğasını vurdu.
Sentyabr ayında qrup "Spotify"da 1,2 milyarddan çox yayımla "Billboard" reytinqində 8-ci yerə yüksəlib.