Bakı 5˚C Showers

Məşhur qəzetin qalmaqallı üz qabığı - TƏFƏRRÜATLAR

Maraqlı 12:25 22 dek, 2022
Məşhur qəzetin qalmaqallı üz qabığı - TƏFƏRRÜATLAR

Məşhur Britaniya qəzeti "The Economist" Yeni il buraxılışını izləyicilərə təqdim edib.

Qazet.az xəbər verir ki, Yeni ilə özəl hazırlanmış qəzetin üz qabığı söz-söhbətə səbəb olub.

Belə ki, sözügedən qəzetdə istifadə olunan siyasi elementlər, müxtəlif subliminal çalarlar müzakirə predmetinə çevrilib. 

Tanınmış milyarder Rotşild ailəsinə məxsus olan qəzetin Milad buraxılışının üz qabığında Satanizm simvolu Bafomet, Hindistan və Pakistanın məşhur idman oyunu kriket, Adəm alması, müalicəvi güclərə məxsus Müqəddəs Qədəh, Çin barədə simvolik yazı (yazıda "şeir" sözü qeyd olunub), insanın başı içərisində beyin yox, mədə yer alıb, bu isə öz növbəsində aclığı simvolizə edir. Milad ağacının ən başında isə ulduz əvəzinə atomun elementi yer alıb. 

Həmçinin, şəkildə təhlükə simvolu olan kəllə şəkli, daxilində ulduz olan inək şəkli,futbol topuna bənzər işarə və əlində çanta olan xanım, onunla birgə yol gedən bəy təsvir olunub. 

Üz qabığında raket formasında olan üzüyuxarı uçan quşlar da diqqətdən qaçmır.

Bununla yanaşı, üz qabığının kənarlarında dünyada yer alan siyasi hadisələr bir-birindən fərqli formada yazı formasında müxtəlif başlıqlarla dərc olunub. 

"İlin sonundakı ikiqat buraxılışımız jurnalistlərimiz üçün nadir şansdır. Üz qabığı hazırki xəbərlərdən uzaqdır. Milad bayramına özəl üz qabığı oxucuların diqqətini hazırcavab qəbul etmələrinə görə deyil, cazibədarlığı, əyləncələri və ümid edirik ki, cəlbediciliyinə görə diqqət çəkməlidir". (The Economist)

Əziz oxucular, bəs siz bu şəkildə nələri görürsünüz?

Məşhur qəzetin qalmaqallı üz qabığı - TƏFƏRRÜATLAR