Məşhur qurman səyyah Azərbaycana səfər edib - VİDEO
Maraqlı
00:22 09 okt, 2022
Tanınmış “food” bloqer və səyyah Mark Uins ölkəmizə səfər edib.
Qazet.az xəbər verir ki, bir çox məkanları gəzən qonaq Azərbaycanın tarixi və mədəniyyəti ilə yanaşı, yerli mətbəxlə də yaxından tanış olub.Bu barədə o, özünün “YouTube” kanalında izləyicilərinə geniş reportaj təqdim edib.
Uinsi valeh edən təamlardan biri Azərbaycan kababı olub. O, quzu ətindən hazırlanan bu ləziz neməti “kababların şahı” adlandırıb.
Səyyah mətbəximizin olduqca dadlı olması ilə yanaşı, xalqımızın mehribanlığını və Bakının gözəlliyini də qeyd edib.
O, izləyicilərini ölkəmizə mütləq səfər etməyə və yerli mətbəxin dadına baxmağa çağırıb.