Məşhur rejissor vəfat etdi
Hadisə
11:24 10 dek, 2021
O, 2019-cu ildə Oskarın fəxri mükafatını alan 4 nəfərdən biri, eləcə də bu mükafata layiq görülən ikinci qadın rejissor olub.

İtaliyanın məşhur ssenarist və rejissoru Lina Vertmüller vəfat edib.
Qazet.az Avropa mətbuatına istinadən xəbər verir ki, rejissor 93 yaşında vəfat edib.
L.Vertmüller “Məhəbbət və anarxiya”, “Miminin şirnikləndirilməsi”, “Süpürülmüş qaçaq” kimi filmləri ilə məşhurluq qazanıb.
1977-ci ildə “Yeddi gözəl” filmi ilə “Ən yaxşı rejissor” nominasiyası üzrə Oskar mükafatına namizəd göstərilən ilk rejissor olub.