Bakı 22˚C Sunny

Məşhur reperin klip çəkilişində atışma: Azı 10 yaralı - FOTO/VİDEO

Maraqlı 15:18 06 yan, 2023
Məşhur reperin klip çəkilişində atışma: Azı 10 yaralı - FOTO/VİDEO

Məşhur amerikalı reper Frenç Montananın (Kərim Xarbuş) klipinin çəkilişi zamanı atışma olub. Nəticədə azı 10 nəfər yaralanıb.

Qazet.az xəbər verir ki, hadisə Mayamidəki (ABŞ) restoranlardan birində baş verib.

Polis zərərçəkənlərin dəqiq sayını hələ təsdiqləməyib.

Şahidlərdən birinin sözlərinə görə, Frenç Montana klip çəkdirən zaman kimsə bir göz qırpımında ifaçının əlindəki əşyaları alıb qaçıb. Montananın saatı, açarları və pul kisəsi oğurlanıb. Bundan sonra atəş səsləri eşidilməyə başlayıb.

Polis insidentlə bağlı istintaqa başlayıb.

 

Məşhur reperin klip çəkilişində atışma: Azı 10 yaralı - FOTO/VİDEO