Bakı 9˚C Mostly cloudy

Məşhur şaman korona ilə savaşa başladı və koronadan öldü

Gündəm 11:43 25 sen, 2021

Korona ilə savaşa başladı və koronadan öldü

Məşhur şaman korona ilə savaşa başladı və koronadan öldü

Şri-Lankada koronavirusla xüsusi “müqəddəs” su ilə mübarizə aparmaq çağırışı edən məşhur şaman koronavirusdan ölüb.

Qazet.az xəbər verir ki, bu barədə məlumatı AFP yayıb.

Bildirilir ki, 48 yaşlı Eliyanta Uayt Hindistan və Şri-Lankada koronavirusa noyabrda son qoyacağını elan edib. Bunun üçün o, dualar oxumaqla “müqəddəsləşdirdiyi” suyu çaylara buraxmağa hazırlaşırmış. Buna görə də peyvənddən imtina edib.

Şamanın mübarizə metodunu Şri-Lankanın səhiyyə naziri Pavitra Vanniarççi dəstəkləyib. Amma iki aydan sonra o özü koronavirusa yoluxub və reanimasiyaya yerləşdirilib. Xoşbəxtlikdən, nazir sağalıb.

Uaytın isə olduqca tanınmış şaman olduğu qeyd edilir. 2010-cu ildə o, məşhur idmançı Saçina Tendelkarı xəstəlikdən sağaldıb. Bundan sonra ona idmançılar, siyasətçilər, hətta ölkənin prezidenti müraciət edib və o, hamıya kömək edə bilib.(axar.az)