Məşhur serialdan Azərbaycana böyük təxribat: Dövlət qurumları niyə susur? QAZETAZ SORUŞUR - FOTO / VİDEO
Dünyaca məhşur serialda Azərbaycana qarşı təxribat edilib və bununla bağlı heç bir rəsmi dövlət orqanı lazımi addımı atmır
![Məşhur serialdan Azərbaycana böyük təxribat: Dövlət qurumları niyə susur? <span style="color:red">QAZETAZ SORUŞUR - FOTO / VİDEO</span>](https://qazet.az/resized/fit900x500/center/pages/52836/5d6bb24f-606b-432b-b11e-6fd1929e42ff.jpeg)
ABŞ-ın FOX kanalı tərəfindən yayımlanan və son illərin ən çox gözlənilən filmi "The Clening Lady" serialında Azərbaycana qarşı təxribat törədilərək tarixi faktlar kobud surətdə təhrif olunub və bununla bağlı heç bir rəsmi dövlət orqanı lazımi addımı atmır.
Qazet.az bununla bağlı əvvəlcə Azərbaycan Mədəniyyət Nazirliyinə rəsmi informasiya sorğusu göndərib və Mədəniyyət nazirliyinin sektor müdirindən gələn cavab bundan ibarət idi:
"Bu məsələlə bağlı Xarici İşlər Nazirliyinə müraciət edin".
![](https://api.qazet.az/uploads/e58f54f0-1326-4547-b774-3d1eb2eda62e.jpeg)
Dərhal Xarici İşlər Nazirliyinin mətbuat katibilə əlaqə saxladıq, verilən cavab:
"Mədəniyyət Nazirliyi bunu niyə bizə istiqamətləndirir bilmirəm, amma sorğunuza biz nəsə olarsa cavab bildirərik"
![](https://api.qazet.az/uploads/efa57520-72d9-41a4-91e5-7dbb9d1e6217.jpeg)
Diqqətinizə çatdıraq ki, sözügedən serialda birbaşa olaraq Azərbaycanın haqq savaşına və ərazi bütövlüyünə qarşı təxribat xarakterli çıxış olub. Bu, ölkə olaraq imicimizə birbaşa xələl gətirir. Biz deyilən epizodun filmdən çıxarılması və FOX -un üzr istəməyinə nail olmalıyıq.
Xatırladaq ki, FOX ABŞ-ın Fox Corporation şirkətinə məxsus ən iri televiziya yayım şirkətlərindəndir. FOX 1986-cı ildə məşhur media maqnat Rupert Merdok tərəfindən yaradılıb.
Həmin görüntüləri diqqətinizə təqdim edirik: