Bakı 5˚C Mostly cloudy

Məşhur türkiyəli müğənni əməliyyat olundu

Maraqlı 18:45 21 sen, 2021

Yıldız Tilbe sevənlərini qorxutdu

Məşhur türkiyəli müğənni əməliyyat olundu

Məşhur türkiyəli müğənni Yıldız Tilbe sosial media hesablarında Covid peyvəndi və koronavirus testinə qarşı olduğunu açıqlamışdı. 

Bu yaxınlarda fikrini dəyişən Tilbe, iki həftə əvvəl ilk peyvənd dozasını alıb.

 
Dünən axşam Bülent Ersoy və Mustafa Keserin təqdimatı ilə nümayiş olunan 'Benzemez Kimse Bize' verilişinin qonağı olan Yıldız Tilbe'den qorxulu xəbərlər gəlib. 

Özünü pis hiss edən 55 yaşlı sənətçi xəstəxanaya aparılıb. Müayinələr zamanı Yıldızın qadın xəstəliyindən əziyyət çəkdiyi məlum olub.

Əməliyyat olunan müğənninin hazırda vəziyyəti yaxşıdır.