Bakı 0˚C Cloudy

Məşhur yazıçı görmə qabiliyyətini itirdi

Gündəm 16:00 24 okt, 2022
Məşhur yazıçı görmə qabiliyyətini itirdi

Məşhur yazıçı Salman Rüşdiyə edilən hücumdan sonra bir gözünün görmə qabiliyyətinin və bir əlindən istifadənin itirildiyi bildirilib.

Qazet.az xəbər verir ki, yazıçının meneceri Endryu Vayli açıqlamasında 75 yaşında olan Rüşdiyə edilən hücumdan sonra yazıçının vəziyyəti barədə danışdı

“O, bir gözünün görmə qabiliyyətini itirib. Boynunda üç ciddi yara var idi. Qolunun sinirləri kəsildiyi üçün bir əli işləmir. Və onun döş qəfəsində və gövdəsində daha 15 yara var”, - Vayli bildirib.

Rüşdinin xəstəxanada qalıb-qalmadığı barədə məlumat verilməyib.

"O, yaşayacaq. Bu vacibdir" - deyə menecer sözünü tamamlayıb.