Messi anti-rekordunu yenilədi
İdman
19:38 23 dek, 2021
Lionel Messi antirekordunu yenidən təkrar edib

PSJ-nin ulduzu Lionel Messi antirekordunu yenidən təkrar edib.
Qazet.az xəbər verir ki, Liqa 1-in 19-cu turunda "Loryen"lə səfər qarşılaşmasında (1:1) qapılara yol tapa bilməyən 34 yaşlı argentinalı bu mövsüm paytaxt klubu ilə səfərdəki 8 matçın heç birində fəqlənə bilməyib.
Xatırladaq ki, Leo Messi sonuncu belə halı "Barselona"da çıxış etdiyi 2006/2007 mövsümündə yaşamışdı.