Bakı 15˚C Sunny

Messi Argentina yığmasına çağırılmayıb - FOTO

İdman 17:18 20 yan, 2022

Argentina millisi yanvarın 28-də səfərdə Çili, fevralın 2-də isə evdə Kolumbiya ilə qarşılaşacaq

Messi Argentina yığmasına çağırılmayıb - <span style="color:red">FOTO</span>

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi Argentina yığmasının 2022-ci il dünya çempionatının yanvar və fevral aylarında keçirəcəyi dünya çempionatının seçmə oyunları üçün sifariş ərizəsinə daxil edilməyib.

Qazet.az xəbər verir ki, baş məşqçi Lionel Skaloni 35 yaşlı hücumçuya koronavirus xəstəliyi keçirməsi ilə əlaqədar dəvət göndərilməyib. Messinin COVID-19 testinin müsbət çıxdığına dair xəbəri PSJ yanvarın 2-də açıqlayıb. Yanvarın 5-də isə onun sağaldığı açıqlanıb. Təcrübəli forvard kluba yanvarın 18-də qoşulub.

Argentina millisi yanvarın 28-də səfərdə Çili, fevralın 2-də isə evdə Kolumbiya ilə qarşılaşacaq.