"Messi Azərbaycan millisi ilə qarşılaşsaydı..." - Mourinyo
İdman
10:21 15 okt, 2021
Messi Argentina millisi ilə 153 maçta 79 qol vurub.
İtalyanın "Roma" klubunun portuqaliyalı baş məşqçisi Joze Mourinyo argentinalı futbolçu Lionel Messinin karyerasından danışıb.
Qazet.az xəbər verir ki, Mourinyo Messinin Argentina millisində daha çox niyə qol vura bilməməsi barədə bunları deyib:
"Messi Latviya, Andorra, Ermənistan, Lüksembuq, Qətər, Farer Adaları, Estoniya, Azərbaycan və ya Macarıstan kimi ölkələrlə qarşılaşsaydı, milli komandada 150 qol vurardı".
Qeyd edək ki, Messi Argentina millisi ilə 153 maçta 79 qol vurub.
sport.ru