Messi Çempionlar Liqasının tarixinə düşüb
Gündəm
12:26 29 sen, 2021
34 yaşlı hücumçu buna Parisdə İngiltərə "Mançester Siti"sinə 2:0 hesabı qalib gəldikləri qrup mərhələsinin II tur oyununda nail olub

Fransanın PSJ klubunun ulduz futbolçusu Lionel Messi Çempionlar Liqasının tarixinə düşüb.
Qazet.az-ın məlumatına görə, 34 yaşlı hücumçu buna Parisdə İngiltərə "Mançester Siti"sinə 2:0 hesabı qalib gəldikləri qrup mərhələsinin II tur oyununda nail olub.
Komandasının ikinci qoluna imza atan argentinalı forvard turnirdə ardıcıl 17 oyunda fərqlənə bilib.
O, beləliklə, İspaniya "Real Madrid"ində çıxış edən Kərim Benzemanın uğurunu təkrarlayıb.