Messi PSJ-nin növbəti oyununda meydana çıxmayacaq
İdman
15:34 24 sen, 2021
Futbolçu Fransa çempionatının “Lion”la oyununda dizini zədələdikdən sonra qaçış məşqlərinə qayıtmayıb
PSJ-nin hücumçusu Lionel Messi ümumi qrupda məşqlərə hələ başlamayıb.
Mənbənin bildirdiyinə görə, futbolçu Fransa çempionatının “Lion”la oyununda dizini zədələdikdən sonra qaçış məşqlərinə qayıtmayıb.
Onun sentyabrın 25 və ya 26-da məşqlərə qoşulacağı gözlənilir.
Həmçinin argentinalı oyunçunun “Monpelye” ilə görüşü buraxacağı da güman edilir. Belə ki, Məşq Qərargahı onun gücünü Çempionlar Liqasında “Mançester Siti” ilə oyuna qorumaq istəyir.
Mənbə: “Le Parisien”