Messi yoxsa Ronaldo? - İbrahimoviç seçimini açıqladı
İdman
17:06 07 dek, 2021
İbrahimoviç çətin sual qarşısınca Messini seçib
![Messi yoxsa Ronaldo? - <span style="color:red">İbrahimoviç seçimini açıqladı</span>](https://qazet.az/resized/fit900x500/center/pages/40837/6ec01ad2-5ea4-4941-81af-d20838113450.jpeg)
"Milan"ın forvardı Zlatan İbrahimoviç PSJ-nin futbolçusu Lionel Messi ilə "Mançester Yunayted"in portuqaliyalı oyunçusu Kriştiano Ronaldu arasında seçim etmək məcburiyyətində qalıb.
Qazet.az İsveçin “Corriere” televiziyasına istinadən xəbər verir ki, isveçli super star 34 yaşlı argentinalı ulduzu ən yaxşı hesab edib:
"Hər ikisi güclü oyunçulardır. Seçim etmək çətindir. Amma mən Messini seçərdim. Onunla birlikdə çıxış etmişəm. Leo hər şeyi təbii şəkildə edir".