Messinin arvadından şok hərəkət - FOTO
Gündəm
14:01 05 dek, 2022
Argentina millisinin kapitanı Lionel Messinin ailəsi dünya çempionatının 1/8 final mərhələsində Argentina-Avstraliya oyununu tribunadan izləyib.
Qazet.az xarici mətbuata istinadla xəbər verir ki, Messinin həyat yoldaşı Antonelanın tribunadakı hərəkəti hər kəsi şoka salıb.
Belə ki, argentinalı ulduzun ilk qolu vurmasından sonra böyük sevinc yaşayan ailədə Messinin 7 yaşlı övladı Mateo anasını əsəbiləşdirən hərəkət edib. Antonela və oğlu davamlı olaraq kameralar tərəfindən çəkiliblər.
Həmçinin, onlar tribunadakı digər fanatların böyük marağına səbəb olublar. Bu zaman Mateonun ağzından saqqızı çıxarıb atması anasını çox qəzəbləndirib.
Oğluna sərt dillə xəbərdarlıq edən Antonela bu hərəkətinin bir daha təkrarlanmamasını istəyib.