Bakı 8˚C Showers

Messinin şəkli rekord qırdı

İdman 13:36 20 dek, 2022
Messinin şəkli rekord qırdı

Argentina millisinin kapitanı və PSJ-nin hücumçusu Lionel Messi yeni rekorda imza atıb.

Qazet.az xəbər verir ki, ulduz futbolçunun dünya çempionatının finalını qazanması münasibətilə "İnstagram"da paylaşdığı şəkil rekord sayda "like" toplayıb.

Hazırki göstəriciyə görə futbolçunun rəsmi səhifəsində paylaşılan şəkil 56 milyondan çox istifadəçi tərəfindən bəyənilib.

Bununla da 1 gün ərzində Messi "İnstagram"da ən çox "like" toplayan şəkilin sahibi olub.

Qeyd edək ki, bu vaxta qədər ən çox bəyənmə gələn şəkil "world record egg" səhifəsində paylaşılan sarı yumurta şəkli idi.

Sözügedən şəkil 2019-cu il yanvarın 4-də paylaşılıb və bu vaxta qədər 55 milyon 970 min istifadəçi tərəfindən bəyənilib.