Bakı 8˚C Mostly cloudy

“Meta” ABŞ-ın 10 ən bahalı şirkəti reytinqindən çıxıb

Biznes 11:27 01 avq, 2022

Səhmlər təxminən 60% ucuzlaşıb

“Meta” ABŞ-ın 10 ən bahalı şirkəti reytinqindən çıxıb

Keçən həftə “Meta”nın səhmləri 6.01% ucuzlaşdığı halda, “NVIDIA Corporation” (NVDA) səhmləri 4.87% (S&P 500 4,26% artıb) bahalaşıb. 
 

Qazet.az xəbər verir ki, bazar kapitallaşmasına görə ABŞ-ın ən böyük şirkətləri reytinqində yerdəyişmə olub və “Meta” ilk onluqdan çıxıb.

7 sentyabr 2021-ci ildə “Meta”nın səhmləri bütün zamanların ən yüksək səviyyəyə çatıb və sonra Mark Zukerberqin şirkəti yuxarıdakı reytinqdə beşinci yeri tutub. Lakin o vaxtdan bəri korporasiyanın səhmləri təxminən 60% ucuzlaşıb.