"Meta" şirkəti 50 min istifadəçini izləyən 7 təşkilatı bloklayıb
Biznes
13:05 17 dek, 2021
Şirkətdən verilən məlumata görə, cinayətkarlar Çin, Hindistan, İsrail və Şimali Makedoniyada yerləşib

"Meta Platforms" şirkəti (Facebook, Instagram, WhatsApp-ın sahibi) platformalarında 50 minə yaxın istifadəçini izləyən yeddi təşkilatı bloklayıb.
Qazet.az-ın məlumatına görə, bu barədə şirkətin saytında bildirilib.
Məlumatda qeyd olunub ki, internet vasitəsilə 100-dən çox ölkədən insanları izləyən yeddi təşkilat bloklanıb:
"Bu zərərli fəaliyyətlərin qurbanı olduğu hesab etdiyimiz 50 000-ə yaxın insanı xəbərdar etmişik".
Şirkətdən verilən məlumata görə, cinayətkarlar Çin, Hindistan, İsrail və Şimali Makedoniyada yerləşib.