Bakı 25˚C Windy

"Meta"da ixtisarlar başladı

Multimedia 16:35 09 noy, 2022
"Meta"da ixtisarlar başladı

“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi olan “Meta” işçi qüvvəsinin 13%-ni ixtisar edəcəyini açıqlayıb.

Qazet.az xəbər verir ki, ümumilikdə dünya üzrə 87 min nəfərdən ibarət 11 min işçi ixtisar olunacaq.

"Meta"nın icraçı direktoru Mark Zukerberq etdiyi şərhdə, ixtisarların "Meta tarixində etdiyimiz ən çətin dəyişikliklərdən bəziləri" olduğunu bildirib.

"Mən bunun hamı üçün çətin olduğunu bilirəm və xüsusilə təsirlənənlərə görə üzr istəyirəm" dedi.

"Bir çox insanlar bunun daimi bir sürətlənmə olacağını təxmin edirdi" deyə yazdı, buna görə də investisiyalarımızı əhəmiyyətli dərəcədə artırmaq qərarına gəldim. Mən səhv etdim və buna görə məsuliyyət daşıyıram" dedi.