Bakı 21˚C Windy

Metakainatda ilk cinsi təcavüz yaşandı

Biznes 11:29 20 dek, 2021

İnsident “Horizon Worlds”ün beta versiyasında noyabrın 26-da yaşanıb

Metakainatda ilk cinsi təcavüz yaşandı

“Facebook”un sahibi olan “Meta” şirkətinin Metakainatı üçün hazırladığı “Horizon Worlds” adlı virtual aləmdə qalmaqallı hadisə baş verib.

Qazet.az xəbər verir ki, “İnternetin gələcəyi” olaraq görülən gücləndirilmiş virtual reallıq aləmində adı açıqlanmayan bir qadın istifadəçi təcavüzə uğradığını bildirib.

İnsident “Horizon Worlds”ün beta versiyasında noyabrın 26-da yaşanıb. O, virtual aləmdə bu davranışı dəstəkləyənlərin olduğunu da bildirib. Xanım özünü yalnız hiss etdiyini vurğulayıb.

Hadisədən sonra “Meta” daxili araşdırmaya başlayıb. İstintaq belə nəticəyə gəlib ki, istifadəçi təcavüzün qarşısını almaq üçün nəzərdə tutulmuş təhlükəsizlik funksiyasını işə salmayıb.

Qeyd edək ki, “Təhlükəsiz Zona” adlanan funksiya platformada təhlükə hiss edənlərin digər istifadəçilərlə əlaqə saxlamasının qarşısını alır.

Mənbə: “Haber Global”