"Meta"nın gəliri ilk dəfə azaldı
“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi Meta, inflyasiya reklam satışlarına təsir göstərdiyi üçün ilk dəfə gəlirlərinin azaldığını bildirdi
“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi “Meta”nın bu ilin ikinci rübündə gəlirləri ilk dəfə olaraq azalıb.
Qazet.az xəbər verir ki, şirkət aprel-iyun dövrü üçün balans hesabatını açıqlayıb.
Buna görə şirkətin bu ilin ikinci rübündəki gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 1 azalaraq 28,8 milyard dollara enib.
Verilən məlumata görə, “Meta” 2021-ci ilin ikinci rübündə 29,1 milyard dollar gəlir əldə edib. Bu dövrdə bazar gözləntilərinin altında olan “Meta” gəliri ilk dəfə azalıb. Şirkətin xalis mənfəəti ikinci rübdə 36 faiz azalaraq 6,7 milyard dollar olub.
“Meta” 2021-ci ilin aprel-iyun dövründə 10,4 milyard dollar mənfəət əldə etdiyini açıqlayıb. Şirkətin 2021-ci ilin ikinci rübündə 3,61 dollar olan səhm üzrə qazancı da bu ilin eyni dövründə 2,46 dollara düşüb.