"Metaverse" və zərərləri - ARAŞDIRMA
"Metaverse" avatarla təmsil olunan istifadəçilərin alış-veriş edə, sosiallaşa, asudə vaxtlarda iştirak edə və öyrənə biləcəyi virtual dünyadır.
Qazet.az "Metaverse"in zərərli və faydalı tərəflərini araşdırdı.
İlk dəfə 1990-cı illərin əvvəllərində ortaya çıxan anlayış insanların heç bir fiziki səy göstərmədən, artırılmış virtual reallıq cihazları vasitəsilə tamamilə zehni hiss etdikləri perseptual kainatdır. Bu kainat kompüterlər, android cihazları və 3D cihazları sayəsində insan idrakını süni fiziki mühitə daxil etməyə imkan verir. Metaverse adlanan süni kainata daxil olan ilk şəhər Seuldur.
Dünyanın ən əhəmiyyətli metaverse investorlarından biri "Facebook" tərəfindən satın alınan virtual reallıq cihazları üzərində işləyən "Oculus" şirkətidir. Bu texnologiya yetərincə inkişaf edərsə, insanlar əldə etdikləri virtual reallıq cihazları sayəsində heç bir fiziki səy göstərmədən alış-veriş etmək, kinoya getmək, kafelərdə vaxt keçirmək kimi bir çox fəaliyyətlə məşğul olmaq imkanı əldə edəcəklər.
Metavers "virtual kainat" kimi tərcümə oluna bilən "metaverse" istifadəçilərin internetdə mövcud olan bir dünyaya bağlanmasına imkan yaradır.
Facebook, Microsoft, Roblox və Epic kimi şirkətlərin milyardlarla dollarlıq investisiya planları ilə gündəmə gələn metavers konsepsiyası internetin inkişafının növbəti mərhələsi olaraq görülür.
VR qulaqlıqları, əlavə reallıq (AR), ağıllı saatlar və ağıllı eynəklərdən istifadə edərək bu virtual reallıq kainatına daxil olmaq mümkündür.
METAVERS NƏ DEMƏKDİR?
Virtual reallıq texnologiyasının təkmilləşdirilmiş bir versiyası olaraq görülən metavers uydurma bir kainat olaraq da təsvir edilir.
Bu sözü "meta" (ondan kənar mənasını verir) və "kainat" sözlərinin birləşməsindən əmələ gəlib. Bu termin Nil Stefensonun 1992-ci ildə yazdığı “Qar qəzası” elmi fantastika romanında da yer alıb.
Metavers insanların alış-veriş edə, xidmətlərə abunə ola, həmkarları ilə əməkdaşlıq edə, oyun oynaya və hətta ətrafdakı mənzərəni öz şəxsi zövqlərinə və ehtiyaclarına uyğunlaşdıra biləcəyi ortaq 3D virtual mühit təklif edir. Metavers insanlara rəqəmsal aləmə deyil, rəqəmsal dünyaya girməyə imkan yaradır.
Məsələn, istifadəçilər holoqram şəklində özlərini başqa yerə proyeksiya edə bilərlər. Metaversin sadəcə baxmaq əvəzinə daxil ola biləcəyi təcəssüm edilmiş bir internet kimi təsəvvür edilə biləcəyi ifadə edilir.
Qeyd edilir ki, reallığa əsaslanacaq metaverse, əvvəlcədən yaradılmış virtual aləmlərdəki karikatura avatarlarından fərqli olaraq, istifadəçilərə öz real fiziki mühitlərini rəqəmsallaşdıraraq, real insan obrazlar bir-biri ilə ünsiyyət qurmağa imkan verəcək.
Məlumdur ki, metaverse konsepsiyası "The Matrix", "Pokemon Go", "Minority Report", "Ralph Breaks The Internet", "Black Mirror" kimi çoxsaylı film və video oyunlarında təsvir edilmişdir.
Facebook rəhbərləri metaverseni insanların oyun oynayarkən və ya araşdırma apararkən özlərini bir yerdə hiss edə biləcəyi bir mühit kimi təsvir edir.
METAVERS İLƏ TORPAĞI NECƏ ALMAQ OLAR?
Virtual torpaq satan platforma öz sikkəsi ilə satış edərkən, torpaq virtual pul kisəsinə göndərilmək üçün OVR sikkəsi ilə və ya virtual pul kisəsi ilə platformaya qoşularaq alına bilər.
Metavers həyatımıza necə təsir edəcək?
Müasir internetdən fərqli olaraq, Metavers istifadəçiləri real vaxt rejimində bütün dəyişiklikləri yaşayacaqlar. İstifadəçi Metaversdə hər hansı dəyişiklik edərsə, bu dəyişiklik qalıcı olacaq və dərhal hər kəsə görünəcək.
Bu yaxınlarda ABŞ -da "Metaverse" ilə bağlı araşdırma aparıldı. Təcrübədən sonra tamamlanan sorğunun nəticələri Metavers haqqında maraqlı faktları üzə çıxarıb. Nəticələrə görə, respondentlərin 77%-i Metaversin istifadəçilərə zərər verəcəyini düşünür. Yaxşı, hansı baxımdan?
İstifadəçiləri narahat edən əsas məqamlar virtual aləmə aludəçilik, məxfilik və psixi sağlamlıq problemləridir.
Eyni zamanda mütəxəssislər bu platformanın sosial problemləri də özü ilə gətirəcəyini bildirib. Yeni etik kodekslərə və qaydalara ehtiyac olacaq.
Davamlı olaraq rəqəmsal mühitlərdə vaxt keçirmək fərdlərdə bir növ asılılıq yaradacaq. Bu da öz növbəsində koqnitiv və fiziki tənbəlliyi artıra bilər.
Çoxlu sağlamlıq problemləri yarana bilər. Fərdlərdə diqqət çatışmazlığı və impulsiv davranışlar müşahidə oluna bilər.
Fərdlər özlərini bu kainatda yaratdıqları personajlar və avatarlarla eyniləşdirərək reallıq hissini itirə bilərlər. Bu vəziyyət bir çox psixoloji və sosial problemlərə yol aça bilər.
Müsbət cəhətləri
Təhsil sahəsində böyük üstünlüyü var. Bu, tibb, mühəndislik və ya peşə təhsilində bizim üçün faydalı olacaq.
Dil öyrənməkdə də təsirli ola bilər. İstədiyiniz ölkəyə eynəklə gedib o yerin küçələrində gəzə bilərsiniz, dili asanlıqla öyrənə bilərsiniz.
Metavers istifadəçilərə öz məzmunlarını yaratmağa və geniş əlçatan rəqəmsal dünyada sərbəst şəkildə yaymağa imkan verəcək.
Müasir internetdən fərqli olaraq, Metavers istifadəçiləri real vaxt rejimində bütün dəyişiklikləri yaşayacaqlar. İstifadəçi Metaverse-də hər hansı dəyişiklik edərsə, bu dəyişiklik qalıcı olacaq və dərhal hər kəsə görünəcək.
Müştərilər sosial mediada olduğu kimi brendlərlə nəinki danışa, həm də onlarla 3D formada ünsiyyət qura biləcəklər. Bu qarşılıqlı əlaqə zamanı insanlar hətta mədəniyyət və incəsənət səyahətlərinə də çıxa biləcəklər.
Fiziki işdən başqa, işə gedib-gəlməyə ehtiyac olmayacaq.