"Mətbəximizin təbliği üçün mərkəz açılacaq"
Bu gün "Baku Marriott Boulevard Hotel"də Milli Kulinariya Mərkəzi və Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının təşkilatçılığı ilə Milli Kulinariya Konqresi keçirilir.
Qazet.az xəbər verir ki, tədbirdə Mərkəzin direktoru Orxan Fikrətoğlu tədbirin mahiyyəti barədə öz fikirlərini bildirib:
"Gəncləri salamlayıram. Gələcək sizsiniz. Biz yeni sayt yaratmışıq. Onun kontenti ilə məşğuluq. Milli mətbəxin təşviqi və təbliği üçün mərkəz açılacaq. Milli mətbəxin necə vacib olduğunu vurğulamaq istəyirəm. Azərbaycan və Türkiyənin ortaq mətbəxinin olması vacibdir. Azərbaycanda türk qidalarının qastronimik mövcudluğunu hiss edirsiz. Amma bizim Türkiyədə dadımız varmı? Yoxdur. Bu, bizim prioritetimizdir. Aşpazlıqla bağlı artıq nəticələr də var. Hamı üçün qapılarımız açıqdır. Azərbaycan mədəniyyətə bizə nəsillərdən gəlib çatan irsdir. Milli Mətbəx olduqca önəmli sahədir. Kulinariya mərkəzin etdiyi siyasət birbaşa dövlətin apardığı siyasətdir. Bizim missiyamız elmi-pedaqoji bazanı təkmillləşdirməkdir. Kulinariyanı bir elm olaraq təsdiq etmək üçün çalışırıq. Qanunvericilikdə də bununla bağlı dəyişiklik etmək üçün işlər görürük".