Bakı 8˚C Dreary

Mətbuat Şurasının sədri kim olacaq? - AÇIQLAMA

Eksklüziv 12:14 29 avq, 2022
Mətbuat Şurasının sədri kim olacaq? - AÇIQLAMA

"Mətbuat Şurasının (MŞ) növbəti qurultayı yaxınlaşır. Yaxın günlərdə İdarə Heyətinin toplantısı olacaq və qurultayın vaxtı müəyyənləşdiriləcək".

Bu barədə Qazet.az-a açıqlamasında MŞ-nin İdarə Heyətinin üzvü Rəşad Məcid məlumat verib.

Rəşad Məcid qeyd edib ki, qurultayda sədr seçkisi də baş tutacaq: "Orada jurnalistlər kimi dəstəkləyərsə, həmin şəxs də MŞ-nin sədri olacaq".

Qeyd edək ki, MŞ-in sədri Əflatun Amaşovdur.