Metro “əxlaqsızlıq yuvası”na çevrilib? - AÇIQLAMA + VİDEO
Cəmiyyət
23:45 07 okt, 2022
Bakı metroplitenin keçmiş işçisi olduğunu iddia edən Sevil Xanbabayeva sosial şəbəkələrdə metro işçiləri ilə bağlı açıqlamalar verib.
S.Xanbabayeva iddia edib ki, o metronun “Ulduz” stansiyasında xadimə kimi çalışıb və işindən azad edilib.
Qazet.az xəbər verir ki, xanım daha sonra əlavə edib ki, sözügedən qurumda 10 işçidən 9-u Rafael adlı şəxsin üç milyonluq bağına işləməyə göndərilir.
Daha sonra S.Xanbabayeva metronun əxlaqsız yuvasına çevrildiyini iddia edib.
Məsələ ilə bağlı Bakı metropoliteninin sözcüsü Bəxtiyar Məmmədov bildirib ki, xanımın iddiaları əsassızdır.
Daha ətraflı Baku TV-nin süjetində: