Bakı 7˚C Sunny

Metroya balta ilə daxil olan şəxs daha bir VİDEO yaydı - YENİLƏNİB

Cəmiyyət 18:40 05 iyl, 2022

O, "Tiktok" sosial şəbəkəsində yeni video paylaşaraq özünə haqq qazandırıb

Metroya balta ilə daxil olan şəxs daha bir VİDEO yaydı - YENİLƏNİB

Metroya balta ilə daxil olaraq insanları təhdid edən şəxs veni video paylaşıb. 

Qazet.az xəbər verir ki, , insanları öldürməklə hədələyən şəxs barəsində xəbərlər yayıldıqdan sonra bir neçə dəqiqə əvvəl “Tik-Tok” sosial şəbəkəsində canlı yayım açıb. O, haqqında xoşagəlməz fikirlər bildirən şəxsləri qınayıb.

Vətəndaşları hədələyən həmin adam yeni paylaşdığı videoda deyib: “Mən metroya əlimdəki bu çəkicimlə düşmüşdüm. Qaşın-gözün-üzün alan oğlancıqlara dəstək verməyin, ay yazıqlar!”

O həmçinin bildirib ki, metroya balta ilə deyil, çəkiclə daxil olub.

Qeyd edək ki, DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov saytımıza bildirib ki, video barədə xəbərdardırlar və müvafiq araşdırmalara başlanılıb