Bakı 4˚C Mostly cloudy

Metrodakı “xərçəng aparatı” haqqında həkim RƏYİ

Gündəm 10:10 17 noy, 2022
Metrodakı “xərçəng aparatı” haqqında həkim RƏYİ

- Zəhmət olmasa çantanızı yoxlama aparatına qoyun.

- Bu yemək çantasıdır. Mən bunu ora qoya bilmərəm, şüa yeməyə keçir, xərçəng olmaq istəmirəm...

Hər səhər metronun girişində qarşılaşdığımız bu mənzərə artıq adi hal alıb. Sərnişinlərlə polis əməkdaşları arasında demək olar ki, hər gün bu mövzuda mübahisələr yaranır. İnsanlar yemək çantalarını yoxlama cihazına qoymaq istəmədiklərini bildirirlər. Onlar bunun onkoloji xəstəlik yarada biləcəyindən narahatdırlar.

Bəs, doğrudanmı narahat olmağa dəyər? Sərnişinlərin dediyi kimi, bu cihazlardan keçirdiyimiz yeməklər bizdə sonradan hansısa təhlükəli xəstəlik yarada bilərmi?

Qazet.az xəbər verir ki, mövzu ilə əlaqədar mediaya danışan onkoloq həkim Arifə Sultanova bildirdi ki, narahatlığa heç bir əsas yoxdur.

Həmsöhbətimizin fikrincə, bu şüa çox az olduğu üçün insanlara təsir etmir: “Əgər özümüzü şüadan qorumaq istəyiriksə, öncə hamımızın evində olan mikrodalğalı sobadan istifadə etməməliyik. Xərçəng xəstəliyini yaradan əsas avadanlıqlardan biridir.Yeməyə istiliyi hədindən artıq çox verdiyi üçün sağlamlıq üçün ziyandır”.