Metronun "28 May" stansiyasında qatarlar niyə dayanıb? - VİDEO
Gündəm
17:29 30 okt, 2021
Bakı metrosunda tüstülənmə olub, qatarların hərəkəti məhdudlaşdırılıb
Bakı metrosunda qatarda problem yaranmasının səbəbləri bəlli olub.
Qazet.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, "28 May" stansiyasının giriş sahəsində tüstülənmə ehtimalı ilə qısa müddət ərzində yüksək gərginlik çıxarılıb və bu səbəbdən "Həzi Aslanov-28 May" istiqamətində qatarların hərəkətində məhdudiyyətlər olub".