Metronun "Memar Əcəmi" stansiyasında koronavirus xəstəsi saxlanılıb
Hadisə
18:10 21 okt, 2021
Həmin şəxs barəsində prosessual tədbirlər davam etdirilir
Bakı metrosunun "Memar Əcəmi" stansiyasında aktiv koronavirus xəstəsi saxlanılıb.
Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat bildirilib.
Qeyd edilib ki, 1981-ci il təvəllüdlü Çingiz Orucov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.
Ç.Orucov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, barəsində prosessual tədbirlər davam etdirilir.