Bakı 5˚C Showers

Məxfi sənədlərlə bağlı ŞOK XƏBƏRDARLIQ: Saysız-hesabsız insanın həyatı

Cəmiyyət 08:30 11 sen, 2022
Məxfi sənədlərlə bağlı ŞOK XƏBƏRDARLIQ: Saysız-hesabsız insanın həyatı

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Floridadakı evində aparılan axtarış zamanı Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları tərəfindən ələ keçirilən sənədlər arasında dövlət sirləri və nüvə silahı haqqında məlumatlar var. Ötən aydan bəri dünya gündəmindən düşməyən basqınla bağlı son xəbərdarlıq kifayət qədər qorxuludur...

Avqustun ilk günlərində baş verən FTB basqını Trampın 2021-ci ilin yanvarında vəzifəsini tərk edərkən Ağ Evdən Floridadakı iqamətgahı Mar-A-Laqoya bir neçə məxfi sənəd apardığını üzə çıxarıb.

Qazet.az xəbər verir ki, "Washington Post"un yeni iddiasına görə, bu sənədlər arasında xarici ölkələrin nüvə imkanları və əllərindəki silahlarla bağlı çox mühüm sənədlər var.

Bu, olduqca təhlükəli nəticə verə bilər...

Kəşfiyyat rəsmiləri Donald Trampın 18 ay ərzində nüvə sirləri və digər çox məxfi sənədləri gizlətdiyi "Palm Beach" kurortunun və Mar-a-Laqonun xarici casusları "maqnit" kimi çəkdiyinə dair xəbərdarlıq edib.

Trampın ABŞ və digər ölkələrə nə qədər ziyan vura biləcəyi hələ tam olaraq qiymətləndirilməyib, lakin zərərin böyük olduğu təxmin edilir.

Ələ keçirilən sənədlərdən bəziləri ABŞ-ın ən gizli əməliyyatlarının təfərrüatlarını özündə ehtiva edir və bu əməliyyatlar nəinki "ən məxfi" sayılır, hətta bunları yalnız çox xüsusi icazəsi olan insanlar görə bilir. Hesabata görə, tapılan sənədlər o qədər gizli və o qədər az adam üçün əlçatandır ki, hətta Bayden administrasiyasının ən yüksək səviyyəli milli təhlükəsizlik məmurlarından bəzilərinin onlara baxmasına icazə verilmir.

Lakin bütün bu sənədlər arasında ən narahatedici və təhlükəli olanı, şübhəsiz ki, düşmən sayılan ölkələrin agentlərinin şəxsiyyətlərini və kəşfiyyat məlumatlarını ehtiva edən dosyelərdir. Təhlükəli siyahıda "Humint Control Systems" (HCS) möhürü var. 

Bu siyahı kiminsə əlinə keçsə, saysız-hesabsız insanın kimliyi üzə çıxacaq və həyatları təhlükə altında qalacaq.

Əgər Mar-a-Laqoda son 18 və ya 20 ay ərzində tapılan sənədlər Rusiya kəşfiyyatı və digər xüsusi xidmət orqanları tərəfindən hədəfə alınıbsa, bu, xarici agentlərin evə girib-çıxmasının sübutu sayıla bilər.

Belə ki, ABŞ təhlükəsizlik xidmətlərinin məlumatına görə, ABŞ-ın keçmiş prezidentinin evi xarici kəşfiyyat xidmətlərinin açıq hədəfidir.

Keçən ay Ukraynadan olan məşhur rusdilli mühacirin Mar-a-Laqoda dolaşaraq özünü bank işi ilə məşğul olan bir sülaləsinin üzvü kimi təqdim etməsi məlum olmuşdu.

Bundan başqa, Kanadaya mühacirət edən yük maşını sürücüsünün qızı İnna Yaşçişin Monakoda salınmış üzüm bağları və mülkləri haqqında hekayələr danışaraq ətrafdakıları əyləndirib, hətta Donald Trampla şəxsən görüşüb, onunla qolf meydançasında şəkil çəkdirib.

Yaşçişinin casus olduğuna dair heç bir sübut yoxdur, lakin bu hadisələr Mar-a-Laqoya girməyin nə qədər asan olduğunu göstərir.

Trampın prezidentliyi dövründə iki çinli qadın ayrı-ayrı vaxtlarda Florida iqamətgahına girərkən yaxalanıb.