Meymunçiçəyi Çinə çatdı
Xəbərlər
08:12 17 sen, 2022
Çində meymunçiçəyi virusuna ilk yoluxma faktı qeydə alınıb.
Qazet.az xəbər verir ki, yoluxma ölkənin cənubundakı Çonqinq şəhərində müəyyən edilib.
Şəhərin Sağlamlıq Komissiyasından verilən açıqlamada yaşı və cinsi açıqlanmayan xəstənin xaricdən gəldiyi bildirilir.
Yoluxan şəxs şəhərə gəldiyi gündən karantinə alındığı üçün xəstəliyin yayılma riski azdır.