Meyvələrdən keçə bilən təhlükəli infeksiyalar
Maraqlı
06:19 14 avq, 2022
Qışda belə olmur. Bu da təsadüfi deyil
Hər gün yediyimiz, faydalı hesab etdiyimiz meyvələr əslində hər bir insan üçün xəstəlik mənbəyi ola bilər.
Meyvələrdən insan bağırsaq çöpü infeksiyasına yoluxa bilər.
Bu barədə immunoloq-allerqoloq Vladimir Bolibok ciddi açqlama verib.
"Meyvə-tərəvəz mövsümündə xəstəxanalara qarın ağrısı, bağırsaq infeksiyaları ilə müraciətlər həmişə artır. Qışda belə olmur. Bu da təsadüfi deyil. İnsanlar çirkli əllə küçədə, işdə, açıq havada daha çox meyvə-tərəvəz yeməyə başlayır.
Bağırsaq çöpləri meyvələr pis yuyulduqda keçə bilir.
Bundan əlavə, infeksiya əlləri yumadan meyvəyə əl vuranda da insana və digər adamlara keçə bilir.
Meyvə-tərəvəz təmiz yuyulmalı, onlara əl vurmadan öncə əlləri isti su sabunla yumaq lazımdır.