Meyvələri öz mövsümündə yeyərək bu 10 FAYDADAN YARARLANIN !
Daha sağlam və enerjili bir quruluşa sahib ola bilmək üçün bu meyvələri yeyin
Təbiətin bizə bəxş etdiyi ən qiymətli hədiyyələrdən biri də meyvələrdir.
Meyvələr rəngarəng görünüşü və ləzzətli dadı ilə yanaşı sağlamlığımız üçün də çox faydalıdır.
Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri də tərəvəz və meyvələri mövsümündə yeməkdir. Sağlam qidalanmağa diqqət yetirərək mövsümün təzə tərəvəz və meyvələri ilə dadlı təamlar hazırlaya bilərsiniz.
Qazet.az sizlərə hər gün yay mövsümünün meyvələrindən hazırlanan kompotlar, mürəbbələr, bəhməz və şirniyyatların reseptlərini, faydalarını, təqdim edəcək.
Dadından doymadığımız meyvələrin bədənimizə verdiyi faydalar sayəsində müxtəlif xəstəliklərdən xilas ola biləcək, daha sağlam və enerjili bir quruluşa sahib ola biləcəyik.
Xüsusilə mövsümdə istehlak edilən meyvələr çox fərqlidir.
Bədənin gündəlik enerji və qida ehtiyaclarının balanslaşdırılmış şəkildə qida ilə təmini sağlamlığın qorunması baxımından çox əhəmiyyətlidir. Həmin qida qruplarınızı qədərində və orqanizmin tələb etdiyi miqdarda istifadə etmək lazımdır.
Süd və süd məhsulları, ət, toyuq və balıq, dənli bitkilər, tərəvəz və meyvələr bu qida qruplarına aiddir. Xüsusilə təzə tərəvəz və meyvələr, başda C vitamini olmaqla bir çox vitamin və mineralların əsas mənbəyidir.
- Hər yaşda biruzə verən, lakin zamanla daha da ciddi problemə çevrilən xolesterin ürək sağlamlığı üçün ən böyük təhlükələrdən biridir. Xolesterolu idarə etmək və azaltmaq üçün meyvə istehlak etmək lazımdır. Alma, albalı, armud və kivi kimi meyvələrin tərkibində C və E vitaminləri ilə yanaşı fol turşusu da olduğu üçün xolesterolu tarazlıqda saxlayır.
- Xüsusilə gənc yaşlarından meyvə yemək vərdişiniz varsa, əzələ və oynaq quruluşunun güclü və inkişaf etdiyi müşahidə edilə bilər. Alma və əncir kimi meyvələr, xüsusilə portağal, tut, gavalı, üzüm, şaftalı və ərik C, B, E və K vitaminləri ilə zəngin olduğu üçün böyüməni sürətləndirir.
- Albalı, çiyələk, qara tut kimi qırmızı meyvələr kalsium və fosforla zəngindir, diş çürüməsinin qarşısını alır və dişlərin daha sağlam inkişafını təmin edir.
- Ərik, gavalı və şaftalı kimi meyvələr A və C vitaminləri ilə son dərəcə zəngindir. Bu, bağırsaqların nizamlı və sağlam həzminə kömək edir.
- Üzüm, ananas kimi meyvələr lif, kalsium, kalium və fol turşusu ilə zəngin olduğu üçün xəstəliklərə qarşı müdafiə sistemimizi yaxşılaşdırır.
- Qarpız, banan, albalı və nar kimi meyvələr flovonaidləri ehtiva etdiyi üçün sidik yolları xəstəliklərinin riskini xeyli azaldır.
- Ölü hüceyrələri çıxarmaq və qocalmanı gecikdirmək üçün mandarin və qreypfrut çox miqdarda istehlak edilməlidir.
- Kivi və çiyələk güclü antioksidantdır, çünki onlar C vitamini anbarıdır və buna görə də allergiyaya qarşı tam qoruma təmin edir.
- Qovun və armud kimi meyvələr kalsifikasiyaya və damar tıxanmasına, xüsusən də şəkər xəstəliyinə qarşı ən yaxşı kömək edən meyvələrdir.
- Ərik, əncir və ananas dərinin bərpasında və anemiyanın aradan qaldırılmasında son dərəcə təsirli olan meyvələrdir.
SAĞLAM OLUN