Məzuniyyətə gələn əsgər intihar etdi
Gündəm
14:37 24 okt, 2022

Cəlilabadda hərbi xidmətdən məzuniyyətə gələn əsgər intihar edib.
Qazet.az xəbər verir ki, hadisə rayonun Günəşli kəndində baş verib.
Kənd sakini, 2003-cü il təvəllüdlü Şahbazov Murad Zahir oğlu yaşadığı evdə özünü asaraq həyatına son qoyub.
İntiharın səbəbi hələlik müəyyən deyil.
Faktla bağlı araşdırma aparılır.