Bakı 9˚C Windy

Mikayıl Cabbarov: "Azərbaycan qeyri-neft ixracını 31% artırıb"

Biznes 13:36 23 iyn, 2022

Məhsulların ixracında müsbət tendensiya davam edir

Mikayıl Cabbarov: "Azərbaycan qeyri-neft ixracını 31% artırıb"

Bu ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri ötən ilin eyni dövrünə nisbətən 30,9% artaraq 1 milyard 188 milyon ABŞ dolları təşkil edib.

Qazet.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"İqtisadiyyatın şaxələndirilməsi tədbirləri nəticəsində qeyri neft məhsullarının ixracındakı müsbət tendensiya davam edir", - deyə o, qeyd edib.