Mikayıl Cabbarov: "Azərbaycan yeni strateji inkişaf mərhələsinə daxil olub"
Biznes
14:53 10 noy, 2021
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib
"Azərbaycan 2022-2030-cu illəri əhatə edəcək yeni strateji inkişaf mərhələsinə daxil olub".
Qazet.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində bildirib.
"Ölkənin ərazi bütövlüyünun təmin edilməsi ilə səciyyələnən bu dövrdə qarşımızda iqtisadi artımın daha dayanıqlı rayderlərlə hərəkətə gətirilməsi, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin innovasiya yönümlülüyünün, maliyyə dayanıqlılığının daha da gücləndirilməsi və azad edilmiş ərazilərin inteqrasiyası kimi yeni vəzifələr durur", - o deyib.