Mikayıl Cabbarov BƏƏ Milli Neft Şirkətinin sədri ilə görüşdü
Gündəm
16:48 24 iyn, 2022
M.Cabbarov "Twitter" səhifəsində bildirib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Milli Neft Şirkətinin sədri Saeed Məhəmməd Əhməd Əl Tayer ilə görüşüb.
Qazet.az xəbər verir ki, bunu M.Cabbarov "Twitter" səhifəsində bildirib.
Görüşdə SOCAR və ENOC arasında treydinq üzrə əməkdaşlıq, investisiya imkanlarının müəyyənləşdirilməsi və birgə layihələr üzrə perspektivlər barədə müzakirə aparılıb.