Mikayıl Cabbarov Britaniyanın səfiri ilə görüşdü
Siyasət
13:50 11 yan, 2023
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ilə görüşüb.
Qazet.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında paylaşım edib.
“Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ilə ölkələrimiz arasında iqtisadi əlaqələr, ticarət və investisiya sahəsində əməkdaşlıq, energetika, Britaniya şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdəki layihələrdə iştirakı barədə fikir mübadiləsi apardıq”, - paylaşımda bildirilir.
🇦🇿🇬🇧 Böyük Britaniyanın Azərbaycandakı səfiri (@ukinazerbaijan) Fergus Auld (@FergusAuldFCDO) ilə ölkələrimiz arasında iqtisadi əlaqələr, ticarət və #investisiya sahəsində əməkdaşlıq, energetika,
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 11, 2023
1/2