Bakı 20˚C Windy

Mikayıl Cabbarov: "Ötən il qeyri-neft sənayesi emalında əlavə dəyər 22% artıb"

Biznes 16:14 21 yan, 2022

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib

Mikayıl Cabbarov: "Ötən il qeyri-neft sənayesi emalında əlavə dəyər 22% artıb"

"2021-ci ildə Azərbaycanın qeyri-neft emalı sənayesində əlavə dəyər 21,7% artıb".

Qazet.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

"Qeyri-neft sənayesinin qeyri-neft ÜDM-də xüsusi çəkisi 2021-ci ildə 9,6%-ə çatıb ki, bu da 2020-ci (8,5%) və 2019-cu (7,6%) illərlə müqayisədə daha yüksək göstəricidir", - deyə o, əlavə edib.