"Sahibkarlara 66,6 milyon manat faiz subsidiyası verilib"
Gündəm
11:13 21 okt, 2022
Bu il oktyabrın 1-nə mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi üzrə kredit qalığı 858,4 milyon manat olan 5 035 müraciət üzrə 70,4 milyon manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul edilib.
Qazet.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "tviter" səhifəsində yazıb.
"5 009 kredit üzrə sahibkarlara 66,6 milyon manat faiz subsidiyası ödənişi həyata keçirilib", - nazir qeyd edib.
1 oktyabr 2022-ci il tarixinə mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi ilə əlaqədar #kredit qalığı 858,4 mln. ₼ olan 5.035 müraciətə baxılaraq 70,4 mln. ₼ faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul edilib.
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 21, 2022
1/2