Bakı 1˚C Dreary

Mikayıl Cabbarov SOCAR-ı təbrik etdi

Biznes 10:55 13 sen, 2022
Mikayıl Cabbarov SOCAR-ı təbrik etdi

İqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov şirkətin yaradılmasının 30 illiyi münasibəti ilə təbrik edib.

Qazet.az-ın məlumatına görə, bu barədə nazir özünün “Twitter” hesabında yazıb.

M. Cabbarov qeyd edib ki, Azərbaycanın neft strategiyasının uğurla həyata keçirilməsi və dövlətimizin iqtisadi inkişafında müstəsna rolu olan SOCAR-ın yaradılmasının 30 illiyidir: “Zəngin neft-qaz resurslarımızın ölkəmizin tərəqqisi və rifahı naminə istifadə edilməsinə böyük töhfələr verən quruma fəaliyyətində uğurlar arzu edirəm”.