Mikayıl Cabbarov: “Süfrə sularının istehsalı müəssisəsinə güzəştli kredit verilib” - FOTO
Biznes
14:50 12 avq, 2022
Nazir "Twitter" hesabında qeyd edib
“Qeyri-neft sənaye sahələrinin inkişafı üzrə istehsal və emalyönümlü layihələrin dəstəklənməsi Sahibkarlığın İnkişafı Fondunun (SİF) prioritetlərindəndir”.
Qazet.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter”də paylaşım edib.
“2021-ci ildə “İKAR-QRUP” MMC süfrə sularının istehsalı məqsədilə Fonddan 200 min manat güzəştli kredit əldə edib”, - deyə nazir bildirib.