Bakı 7˚C Intermittent clouds

Mikayıl Cabbarov: "Xarici şirkətlərin 68%-i Azərbaycanın iqtisadi sabitliyinə inanır"

Biznes 17:40 23 sen, 2021

Bir çox şirkətlər Azərbaycan iqtisadiyyatının vəziyyətinin sabit olduğuna inanır

Mikayıl Cabbarov: "Xarici şirkətlərin 68%-i Azərbaycanın iqtisadi sabitliyinə inanır"

“Azərbaycanda Xarici Biznes: Biznes Mühiti sorğusu 2021” hesabatının sorğusunda iştirak etmiş xarici şirkətlərin 68%-i Azərbaycan iqtisadiyyatının vəziyyətinin sabit olduğuna inanır, 60%-i ölkəmizdə əlverişli biznes mühitinin formalaşdığını qeyd edir".

Qazet.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"Şirkətlərin 57%-i fəaliyyətini genişləndirmək və yaxud yeni investisiya qoymaq niyyətində olduqlarını, 43%-i məşğul olduqları sahələrdən asılı olaraq işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak edə biləcəklərini, 22%-i bu layihələrdə iştirakının mümkünlüyünü, 17%-i isə yüksək maraq göstərdiklərini bildiriblər", - o deyib.