Mikroplastiklər yalnız ətraf mühitə ziyan vurur?
Yeni araşdırmalara görə, mikroplastiklər ətraf mühitə olduğu kimi insan sağlamlığına da zərər verə bilər.
Qazet.az xəbər verir ki, bu barədə "VogueFrance" rəsmi "İnstagram" hesabında paylaşım edib.
Paylaşımda bunlar qeyd olunub:
"Yeni araşdırmalara görə, mikroplastiklər ətraf mühitə olduğu kimi insan sağlamlığına da zərər verə bilər. Yeni görünməz təhlükənin mümkün həll yolları hansılardır? 1- Tərkiblər siyahısında “polietilen, polipropilen və ya polietilen tereftalat” sözləri olan bütün gözəllik məhsullarından çəkinin".
Qeyd edək ki, günümüzdə istifadə olunan plastik məhsullar tullantı olaraq torpağa qarışmır və bəzi canlılar quruda və suda yaşamasından asılı olmayaraq bu tullantı növlərindən ciddi şəkildə əziyyət çəkir. Bu səbəbdən mikroplastiklər əsas hədəf kimi insan sağlamlığının əsas düşmənlərindən biri hesab olunur.